Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Qarabağda minaların təmizlənməsi prosesi ilə tanış olublar (FOTO)

Füzuli. Trend:

Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfransda iştirak edəcək beynəlxalq beyin mərkəzlərinin
nümayəndələri Qarabağda minaların təmizlənməsi prosesi ilə tanış
olublar.

Trend-in
müxbiri bildirir ki, Şuşa şəhərinə yola düşməzdən əvvəl nümayəndə
heyəti Azərbaycan Minatəmizləmə Agentliyinin işğaldan azad edilmiş
ərazilərdə apardığı işlərlə tanış olub.

Qeyd olunub ki, Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi
mina xəritələrinin yalnız 25 faizi dəqiqdir və bu da minaların
təmizlənməsi prosesini çətinləşdirir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: