Urmiyada etiraz aksiyası keçirildi

Urmiyada etiraz aksiyası keçirildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölməsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçlar inflyasiya ilə gəlirlərinin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Teqlər: