Kreml İrəvanın etdiklərini unutmayacaq – Martirosyan

Kreml İrəvanın etdiklərini unutmayacaq – Martirosyan

Paşinyanın siyasi davranışı təkcə Ermənistan üçün deyil, həm də region və digər ölkələr üçün təhlükəsizlik problemi yaradır. Xüsusilə qonşularla münasibətdə gözlənilməzlik, Ermənistan rəhbərinin irəli sürdüyü aydın prinsiplərin olmaması məsəslələri təhlükəsizlik problemləri yaradır. Bu, xarici siyasət tərəfdaşları üçün onun müxtəlif təhlükəsizlik vəziyyətlərində davranışını proqnozlaşdırmaqda çətinlik yaradır. Xarici siyasət tərəfdaşları Nikola qulaq assalar da, onu öz ölkələrinin təhlükəsizliyinə potensial təhlükə kimi görürlər.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.

“Tehran və Moskva üçün təhlükəsizlik, logistika tərəfdaşı kimi görünən Ermənistan Paşinyan tərəfindən hakimiyyəti əldə saxlamaq üçün siyasi manevrlərə məruz qala bilər. Bu da regional maraqların tarazlaşdırılması baxımından Rusiya və İran üçün çətin vəziyyət yaradacaq. Düşünürəm ki, buna baxmayaraq, seçkidən sonra vəziyyət dəyişəcək. Rusiya prezident seçkisindən sonra öz xarici siyasətinin vektorunu müəyyən edəcək. Ermənistanla açıq şəkildə, qeyd-şərtsiz danışmağa başlayacaq. Xüsusən də Rusiya siyasətinin mentalitetinə az-çox bələd olduğum üçün deyə bilərəm ki, ruslar onlar üçün çətin vəziyyətlərdə özlərini tərəfdaş kimi aparmayanları heç vaxt unutmurlar. Ermənistanın son iki ildəki xarici siyasətinə gəlincə, ruslar bunu unutmayacaq və xatırlayacaqlar. Bu müddət ərzində Rusiya çox qətiyyətli addımlar atmayacaq, bu diplomatik atışmalar davam edəcək. Paşinyanın qəti addım atmasını gözləyəcəklər. Yəni o, bəyan edəcək ki, İrəvan Rusiya ilə təhlükəsizlik formatlarını tərk etmək, Aİİ-də münasibətləri dondurmaq siyasəti aparır və Ermənistan artıq öz xarici siyasətinin vektorunu dəyişib”, – o bildirib.

Teqlər: