Unibank əməkdaşları arasında intellektual yarışma keçirilib (FOTO)

Unibank əməkdaşları arasında ənənəvi “Fibonacci” intellektual
yarışması keçirilib. Yarışmanın keçirilməsində məqsəd, hər zamankı
kimi bank əməkdaşlarının əhval-ruhiyyəsini, komanda ruhunu daha da
yüksəltmək olub. İnteraktiv yarışda bankın Baş ofis, Bakı və rayon
filialları, törəmə təşkilatlarının əməkdaşlarından ibarət 25
komandası iştirak edib. Hərəsi 6 nəfərdən ibarət olan komandalar “Bir komanda ol, bir komanda kimi düşün!” şüarı altında
yarışıblar.

“Fibonacci gamification company” tərəfindən keçirilən oyunda
komanda üzvlərinin intellektual bilikləri sınağa çəkilib. Yarış
müddətində komandalar 7 tur ərzində müxtəlif sualları
cavablandırıblar. Çox həyacanlı və maraqlı keçən yarışın sonunda
qaliblər müəyyənləşib. “Unicapital”, rəqəmsal bankçılıq və
pərakəndə satış bölümlərinin komandaları ən yüksək nəticə
göstərərək, yarışın qalibləri olublar.

Unibank-Sənin Bankın!

Teqlər: