Ulu öndər tərəfindən qoyulan siyasi irs bu gün də qorunub saxlanılır – Hikmət Hacıyev

Ulu öndər tərəfindən qoyulan siyasi irs bu gün də qorunub
saxlanılır.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət
Hacıyev deyib.

O bildirib ki, Azərbaycan xalqının qəlbində ulu öndərin irsi
yaşayır.

“Heydər Əliyevin fəaliyyəti məhz Azərbaycan Respublikasının,
ölkəmizin inkişafı, dövlətçiliyinin gücləndirilməsi ilə bilavasitə
bağlıdır.

Ulu öndər fenomeninə yalnız Azərbaycan Respublikasının
kontekstində yox, 200 il ərzində ölkəmizə qarşı hazırlanmış məkrli
planlar çərçivəsində baxmaq lazım idi. İstər 19-cu, istər 20-ci
yüzillikdə addım-addım ölkəmizə qarşı bu plan həyata
keçirilirdi.

Məhz Qarabağ hərəkatı, erməni lobbisi və dairələri tərəfindən
Qarabağın işğalı da 1980-ci illərin sonunda Ulu Öndərin SSRİ
rəhbərliyindən götürülməsindən və ona qarşı məkrli planların həyata
keçirilməsindən sonra başladı. Burada məkrli planı həyata
keçirənlər hər şeyi çox yaxşı şəkildə planlaşdırmışdılar. Amma
onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, rəhmətlik Heydər
Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi idi. Heydər Əliyev
yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsinin təməlləri qoyuldu. Ölkəmizin daxili
siyasətinin inkişafı, xarici siyasət strategiyasının əsasları
qoyuldu. Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm
qoydu.

O, yalnız yaşadıqları dövrlə yox, özündən sonra qoyduğu siyasi
irslə də yadda qaldı. Ulu öndər tərəfindən qoyulan siyasi irs bu
gün də qorunub saxlanılır. Ulu öndər tərəfindən qoyulmuş bir
vəsiyyət var idi, Qarabağın işğaldan azad olunması. 8 Noyabr
2020-ci ildə Azərbaycan qəlbinin tacı olan Şuşa şəhəri işğaldan
azad olundu. Cənab Prezident tərəfindən də xalqımıza, dünya
azərbaycanlılarına müraciətdə məhz ata vəsiyyətinin həyata
keçirilməsini səsləndirdi” – deyə H. Hacıyev qeyd edib.

Teqlər: