Ukraynanın şərqində atəş nəticəsində iki hərbçi həlak olub

Donetsk vilayətində atəş nəticəsində iki ukraynalı hərbçi həlak
olub.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı
Milli Polis “Facebook” hesabında yayıb.


“Qanunsuz silahlı birləşmələr Novoluqanskoye qəsəbəsini atəşə
tutub, bir dinc sakin həlak olub, evlərə ziyan dəyib. Sutka ərzində
atəş nəticəsində rayonun səkkiz yaşayış məntəqəsində 43 minə yaxın
sakin işıqsız və/və ya susuz qalıb”, – məlumatda deyilir.