Ötən ay ərzində istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda ötən ay ərzində istehsal edilən tikinti
materiallarının həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, tikinti materiallarının
istehsalı sahəsində 2022-ci il yanvar ayında istehsalın ümumi
dəyəri 62,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə
müqayisədə 85,1 faiz artıb.

Emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların
istehsalı 4,4 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti
blokları və kərpiclərinin istehsalı 3,5 dəfə, betondan yığma
tikinti konstruksiyaların istehsalı 69,4 faiz, tikinti kərpicinin
istehsalı 44,4 faiz, tikinti gipsinin istehsalı 18,2 faiz artıb,
tikinti əhənginin istehsalı 9,4 faiz, sementin istehsalı isə 6,0
faiz azalıb.

Teqlər: