Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hər hansı bəyanat
və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin dəyişməz qalacağına əmin edib.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, Ukrayna dövlət
başçısı bunu videomüraciətində söyləyib.

“Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr
oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən
sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya
Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq”, –
V.Zelenski qeyd edib.

Dövlət başçısı həmçinin qeyd edib ki, ukraynalılar sakitdirlər
və özünəinamı itirməyiblər.

“Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim – siz bir
daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar.
Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı
reaksiya verir”, – Ukrayna prezidenti vurğulayıb.

Teqlər: