Qondarma “DXR” və “LXR” tanınması beynəlxalq hüquqa ziddir – Avropa Komissiyası

Xəbər - Trened:

Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə axşamı
qondarma “DXR” və “LXR” tanınmasının beynəlxalq hüququn, Ukraynanın
ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə
pozulması olduğunu bildirib.

Trend xəbər verir ki, o bu barədə öz rəsmi “Twitter” səhifəsində
yazıb.


“Aİ və onun tərəfdaşları Ukrayna ilə həmrəylik göstərərək,
birlik və qətiyyətlə cavab verəcək”, – o, bildirib.