Burkina-Fasoda mədəndə partlayış baş verib, onlarla insan həlak olub

Burkina-Fasoda qızıl mədənində partlayış nəticəsində azı 59
nəfər həyatının itirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 50 nəfərdən çox
insan xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti kritik
qiymətləndirilir. Bu səbəbdən ölənlərin sayının artacağı istisna
edilmir.

Xəsarət alanlar arasında qadın və uşaqlarda var.

Partlayış istismarı sürüşmə səbəbindən qadağan olunan mədəndə
baş verib. Məlumata görə, partlayışa dinamit saxlancında baş vermiş
yanğın səbəb olub.