Ukraynanın son hücumunun nəticəsi təkcə müharibədə yox, həm də diplomatiyada həlledici ola bilər: ruslar Balakleya və İzyumdan çıxmağı “əməliyyatın bir parçası” adlandırsa da, məlumatlar bu açıqlamanın ermənilərin məşhur “taktiki geriçəkilmə”sindən fərqli olmadığını deməyə əsas verir.
Lakin Kiyevin əsas qüvvələrini Xarkov istiqamətinə yönəltməsinin riskli tərəfləri haqda da fikirlər var, xüsusilə irəliyə çıxmış Ukrayna hərbi birliklərinin rusların aviasiyasının açıq hədəfinə çevrilə biləcəyi ehtimalı səsləndirilir. Döyüş meydanındakı vəziyyətlə bağlı hər iki tərəfin müxtəlif məlumatları nəticə çıxarmağı bir qədər çətinləşdirir.
Bütün hallarda bu döyüşlər Putinin Avropanı “qazla boğmaq” və güzəştlərə nail olmaq istəyinə qarşı Ukraynanın bəlkə də son şanslarından biridir.