Rusiya Belarusdan hücum edə bilər? – Gendelman

Rusiya Belarusdan hücum edə bilər? – Gendelman

Rusiyanın Belarus ərazisindən Kiyevə hücumu bərpa etmək üçün hələ ehtiyatları yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri israilli hərbi ekspert David Gendelman deyib.

“Kiyevə qayıtmağa gəlincə, indi bunun mümkün olduğuna dair heç bir əlamət görmürəm. Çünki Belarus ərazisində ümumiyyətlə Rusiya ordusunun böyük qruplaşması yoxdur. Bunsuz isə oradan hücuma keçmək olmaz. Belarus ordusu da hücum baxımından döyüşə hazır deyil. Onlar rus işğalçı qrupu üçün köməkçi eşelon ola bilər. Nəzəri olaraq, ruslar Belarusa qüvvələri köçürməyə başlaya və orada qruplar yarada bilərlər. Amma əgər onlar artıq ələ keçirdikləri ilə bağlı problem yaşayırlarsa, kifayət qədər kadrı haradan tapacaqlar?” – Gendelman izah edib.

Ekspertin sözlərinə görə, indi rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq üçün bütün güclərini işə salmağa çalışırlar.

Teqlər: