Zaporojye AES tamamilə dayandırıldı

Zaporojye AES tamamilə dayandırıldı

11 sentyabr 2022-ci il, saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.

AzerTimes xəbər verir ki, bu barədə “Enerqoatom”dan məlumat verilib.

“Son üç gündə 6-cı enerji bloku ada rejimində işləyir, yalnız AES-in öz ehtiyaclarını kritik dərəcədə aşağı güc səviyyəsində (114-dən 140 MVt-a qədər) ödəyir. Çünki Rusiyanın açdığı atəş nəticsində AES-in bütün kommunikasiya xətləri zədələnib”, – məlumatda qeyd olunub.

Teqlər: