Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik – Akar

Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik – Akar

Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, müharibə uzandıqca həm Rusiyanın, həm də Ukraynanın itkilərini kompensasiya etmək imkanları çətinləşir.

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin səylərinin ən əhəmiyyətli nəticələrindən biri bütün dünyanı təhdid qarşısında qoyan ərzaq böhranının qarşısının alınması oldu. Məqsədimiz müharibədən bəri hər iki tərəfin ilk dəfə bir araya gəldiyi İstanbul müzakilərini davam etdirməkdir”,- Akar bildirib.

Teqlər: