İranda dollar kəskin bahalaşdı

İranda dollar kəskin bahalaşdı

İranın açıq bazarında dolların qiyməti dekabrın 20-də yenidən artaraq 39 min 760 tümən təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə İranda xarici valyutaların qiymətini göstərən qeyri-rəsmi internet saytları məlumat yayıb.

Bundan əlavə, Britaniya funt-sterlinqinin paritet məzənnəsi 48 min 145 tümən, bir avro isə 42 min 85 tümən təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Əli Salehabadi dolların məzənnəsinin artmasına səbəb kimi dünyanın 90-dan çox ölkəsində uçot dərəcəsinin artmasını, mövsümi dalğalanmaları və son vaxtlar ölkədə baş verən etirazları göstərmişdi.

Teqlər: