Ukraynanın bu ərazisi “Uraqan”la vuruldu: ölü və yaralılar var

Ukraynanın bu ərazisi “Uraqan”la vuruldu: ölü və yaralılar var

Rusiya ordusu “Uraqan” reaktiv yaylım atəş sistemindən istifadə etməklə Ukraynanın Dnepropetrovsk vilayətinin Şirokovskaya icmasını atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının sədri Nikolay Lukaşuk məlumat verib.

O qeyd edib ki, icmanın atəşə tutulması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Onun sözlərinə görə, gün ərzində Rusiya işğalçı qoşunları Krivoy Roq rayonuna bir neçə dəfə atəş açıb.

Teqlər: