Daha bir türk əsgəri şəhid oldu

Daha bir türk əsgəri şəhid oldu

Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən “Pəncə-İldırım” əməliyyatı zonasında terrorçularla atışmada şəhid olub.

AzerTimes xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə iyulun 28-də baş verib. Türkiyə ordusunun əsgəri terrorçuların açdığı atəş nəticəsində ağır yaralanıb, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mükün olmayıb.

Teqlər: