Ukraynanın bu akademiyasında rus dili qadağan edildi

Ukraynanın bu akademiyasında rus dili qadağan edildi

Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qurmaq qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Moqilyanskın Müşahidə Şurasının üzvü Gennadi Zubko bildirib.

O bildirib ki, universitetdə rus dilində tədris çox uzun müddətdir aparılmır. İndi qadağa şəxslərlərarası ünsiyyətə də şamil edilir:

“Bu, tamamilə hər kəsə aiddir: müəllimlər, tələbələr, inzibati heyət. Bu norma Universitetin Elmi Konfransının 40-cı sessiyasında yeni daxili nizamnamədə öz əksini tapıb”.

Zubko vurğulayıb ki, qərar həm tələbələr, həm də müəllimlər tərəfindən dəstəklənir.

Teqlər: