Kompüterin gözlərə hansı təsirləri var?

Kompüterin gözlərə hansı təsirləri var?

Kompüter uzun müddət istifadə edilən zaman gözlərdə quruluq əmələ gətirir.

AzerTimes xəbər verir ki, bu sözləri oftalmoloq-cərrah Xəlil Hüseynov qeyd edib.

Oftalmoloq bildirib ki, kompüter şüaları gözün daxili hüceyrələrinə və dibinə birbaşa təsir göstərmir:

“Amma gözün üstündəki hüceyrələrə müəyyən təsirləri olur. Xüsusilə də gözdə quruluq yaradır.

Kompüterdən uzun müddət istifadə edən şəxslərin gözdə quruluq, qızarma, yorğunluq kimi problemləri aradan qaldırmaq üçün süni göz yaşı damcılarından yararlanması məsləhətdir”.

Teqlər: