Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq – Vüsal Hüseynov

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən
sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi
Vüsal Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkədə qalma
müddəti mayın 24-də başa çatır:

“Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı
miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır.
Amma həmin müddətdən sonra da onların ölkədə qalmasına şərait
yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək”.

Teqlər: