Bakıda “Partners & Business” sərgisi keçiriləcək

16-18 iyun tarixlərində “Baku Crystal Hall”da “Partners and
Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgisi
keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, KOBİA,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə
təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunacaq
sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat,
logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli
şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan
məhsullar nümayiş olunacaq.

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin
missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya
tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli
şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və
yeni əməkdaşlıqların qurulmasıdır.

Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: www.partners.az

Teqlər: