Hərbi əməliyyatlar başlayandan Ukraynanı 3,7 milyondan çox insan
tərk edib.
Trend xəbər verir ki, bu barədə Axios portalı Birləşmiş
Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına (UNHCR)
istinadən məlumat yayıb.
Qeyd olunur ki, ən çox insan Polşaya üz tutub – 2,1 milyon.
Rumıniyaya 555 min nəfər, Moldovaya 371 min nəfər, Macarıstana 324
min nəfər, Slovakiyaya isə 256 min nəfər keçib. Rusiya ərazisinə
Ukraynadan 271 min qaçqın, Belarusa isə 4,9 min nəfər gəlib.
Bundan əlavə 6,5 milyon insan məcburi köçkün hesab olunur.