Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi üçün tarixi səhifə açıb – Emin Hüseynov (FOTO)

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər
Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə
açıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov öz “Twitter” hesabında bildirib.

“27 mart – Dünya Teatr Günüdür. Müzəffər Ali Baş Komandanın
rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi
üçün də tarixi bir səhifə açıb. Qarabağda erməni vandalizminə məruz
qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq”, –
Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

Teqlər: