Ukraynada təhsil alan azərbaycanlı tələbələr köçürülmə üçün müraciət edə bilərlər – Nazirlik

Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan
Respublikası vətəndaşı yoxdur.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən
bildiriblər.

Qeyd edilib ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları
hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam
etdirə, habelə yay aylarında transfer.edu.az xidməti
aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün
köçürülməyə müraciət edə bilərlər.

“Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin
qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd
proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı
məlumat Təhsil Nazirliyində mövcud deyil. Lakin, son dövrlər
Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən
fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir”, –
deyə əlavə edilib.

Teqlər: