Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı danışıqlar davam edir

Azərbaycan-Türkiyə Universitetinin (ATU) təsis olunması ilə
bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə
Respublikasının Ali Təhsil Şurası arasında danışıqlar davam
etməkdədir.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən
bildiriblər.

Qeyd edilib ki, 2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının
sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş
tutmuş səfərindən sonra 15-17 mart 2022-ci il tarixlərində
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin
rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol
Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub və səfər zamanı ATU-nun
təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair
müzakirələr həyata keçirilib.

Teqlər: