Ukraynada müəllim və məmurların məcburi vaksinasiyası təklif olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Ukrayna hökuməti ölkədə müəllim və məmurların məcburi vaksinasiyasının tətbiq etməyi qərara alıb.

Trend-in məlumatına görə, bunu Ukraynanın baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclası zamanı deyib.

Eyni zamanda, səhiyyə naziri Viktor Lyaşko bildirib ki, tədris müəssisələri, nazirliklər, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının COVID-19-a qarşı məcburi vaksin olunması təklif edilir.

Nazir əlavə edib ki, fəaliyyət növü yoluxmanın yayılmasına gətirib çıxara bilən peşə sahiblərinin məcburi peyvənd olunması tövsiyə olunur.

Qeyd edək ki, bu günədək Ukraynada 3,2 milyon nəfər koronavirusa yoluxub, 55 mindən çox şəxs vəfat edib.