“Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək türkiyəli hərbçilər Azərbaycana gəlib (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbçilərinin yolasalınma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində bildirib.

Qeyd olunub ki, hərbçilər Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salınıb.


Türkiyəli hərbçiləri Türkiyə-Azərbaycan sərhədində Araz çayı üzərindəki “Ümid” körpüsündə Azərbaycan hərbçiləri qarşılayıb.

Teqlər: