Ukraynada hərbi əməliyyatlar başlayandan 200-dən artıq uşaq ölüb

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 563-dən çox uşaq
zərər çəkib, 202 uşaq ölüb, 361-dən çox uşaq yaralanıb.

Trend “UNİAN”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş
Prokurorunun Ofisindən bildiriblər.

Məlumata əsasən, bu rəqəmlər yekun deyil, aktiv döyüş
əməliyyatları aparılan ərazilərdə ölüm hallarının dəqiq sayı
bilinmir.