Ukraynada daha bir şok: Baş Qərargah rəisi yararsız çıxdı

Ukraynada daha bir şok: Baş Qərargah rəisi yararsız çıxdı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala tutduğu vəzifədən azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Bildirilib ki, hərbi həkim komissiyasının rəyinə əsasən, Şaptala hərbi xidmətə yararsız elan edilib.

Xatırladaq ki, Ukraynanın “Zerkalo Nedeli” nəşri ordunun sabiq baş komandanı Valeri Zalujnının hələ qışda baş tutan yoxlamada hərbi həkim komissiyasının rəyi ilə “hərbi xidmətə yararsız” olduğunun üzə çıxdığını və buna görə istefa raportu yazdığını açıqlayıb.

Teqlər: