Ukrayna Türkiyədən yeni nəsil qırıcı almaq istəyir

Ukrayna Türkiyədən yeni nəsil qırıcı almaq istəyir

Ukrayna Türkiyənin yeni beşinci nəsil “Kaan” qırıcısını almaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasili Bodnar deyib.

“Biz təkcə almayacaq, həm də istifadə edəcəyik. Biz ondan harada istifadə edəcəyimizi bilirik”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, ukraynalı mütəxəssislər yeni qırıcı üçün mühərrikin yaradılması layihəsi çərçivəsində işləyirlər.

Bodnar qeyd edib ki, gələcəkdə “Kaan” Amerikanın beşinci nəsil qırıcıları ilə bazarda rəqabət apara biləcək.

Teqlər: