Navalnını onlar öldürdü – Volodindən sərt reaksiya

Navalnını onlar öldürdü – Volodindən sərt reaksiya

Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnının bu gün cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı yazıb.

“Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Ancaq nəticə gözləmədən siyasətçilərin və qeyri-dost dövlətlərin başçılarının ittihamları və bəyanatları eyninüsxə kimi səslənəndə ilk növbədə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir?

Tamamilə aydındır:

– Rusiya iqtisadiyyatını parça-parça etmək məqsədi ilə ona qarşı 19 mindən çox sanksiya tətbiq edənlərə;

– Ukraynadakı müharibədə uduzanlara;

– öz əhalisi tərəfindən dəstəklənməyən və seçkilərdə qalib gəlmək şansı olmayan, eyni zamanda, istənilən yolla hakimiyyəti əldə saxlamaq istəyənlərə;

– ölkəmizin qızıl-valyuta ehtiyatlarını ələ keçirmək həvəsində olanlara;

– Rusiyanı məhv etmək istəyənlərə, onun inkişafını dayandırmaq üçün hər şey edənlərə.

Bu şəxslərin adı məlumdur: NATO-nun baş katibi və ABŞ rəhbərliyindən tutmuş Şolts, Sunak və Zelenskiyə qədər – Navalnının ölümünün səbəbkarlarıdır.

Məhz onlar çoxlu uğursuz qərarlar qəbul edib, öz vəzifələrindən yapışıblar, Navalnının ölümündən faydalanırlar”, – Volodin yazıb.

Teqlər: