Ukrayna şəhərlərində “rus izləri” silinir

Ukrayna şəhərlərində “rus izləri” silinir

Ukrayna Prezidenti Vladimir Zelenski Odessa rəhbərliyindən II Yekaterinanın abidəsinin sökülməsi məsələsinə baxmağı istəyib.

AzerTimes xəbər verir ki, bu barədə prezidentin saytı məlumat yayıb.

“Mən Odessa Şəhər Şurasına müraciətdə qaldırılan məsələlərə öz səlahiyyətləri daxilində baxılması üçün müraciət etmişəm. Həmçinin, məktubda milli maraqların qorunmasının, ictimai məkanın Rusiya imperiya, sovet irsi ilə bağlı obyekt və abidələrdən təmizlənməsi məsələlərinin işlənib hazırlanmasının vacibliyini də qeyd etmişəm”, – Zelenski bildirib.

Teqlər: