“Azərbaycanfilm”dəki sənədli filmlərin büdcəsi açıqlandı

“Azərbaycanfilm”dəki sənədli filmlərin büdcəsi açıqlandı

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan sənədli filmlərin büdcə dəyəri açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Azərbycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” tammetrajlı bədii film ssenari müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirin mətbuat konfransında deyib.

O qeyd edib ki, “Görünməyən qəhrəmanlar-2” sənədli filmlər silsiləsi üçün 246 min 510 manat, “Görünməyən qəhrəmanlar-3” sənədli filmlər silsiləsi üçün 114 min 400 manat, “ANAMA” sənədli filmi üçün 141 min 100 manat, “Mehmandarovlar” bədii-sənədli filminə 93 min 250 manat və “İNTERACT FİLM LAB” təlim layihəsinə isə 385 min 270 manat vəsait xərclənib.

Teqlər: