Ukrayna Rusiya donanmasına hücum etdi: 3 gəmi vuruldu

Ukrayna Rusiya donanmasına hücum etdi: 3 gəmi vuruldu

Krımdakı Sevastopol buxtasında Rusiya Qara dəniz donanmasının ən azı 3 gəmisi vurulub.Suüstü pilotsuz silahlı aparatlar rusların müdafiəsini yara biliblər.

AzerTimes xəbər verir ki, bu barədə “GeoConfirmed” məlumat yayıb.

Çoxlu sayda videoların analiz edilməsi nəticəsində qənaətə gəlinib ki, ruslar hücum zamanı müxtəlif mövqelərdən, hətta helikopterlərdən aparatları vurmağa cəhd ediblər.

Zərbələr nəticəsində “Admiral Qriqoroviç”, “Admiral Makarov” və “İvan Qolubets” gəmilərinin vurulduğu bildirilib.

Qeyd edək ki, dünən Sevastopolda Qara dəniz donanmasına Ukrayna PUA-larının hücum edildiyi ilə bağlı məlumatlar yayılmışdı.

Teqlər: