Şolts Çinə gedir

Şolts Çinə gedir

Almaniya kansleri Olaf Şolts gələn həftə, noyabrın 4-də Çinə rəsmi səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan Almaniya kanslerini ölkəsinə dəvət etmişdi.

Bu, Şoltsun kansler kimi Çin rəhbərliyi ilə ilk üz-üzə görüşü olacaq.

Şoltsun çinli həmkarları ilə hansı məsələləri müzakirə edəcəyi barədə məlumat verilməyib.

Teqlər: