Ukrayna Qara dənizdə 13 sərhədçinin həlak olduğunu açıqlayıb

Ukraynanın Qara dənizdəki Zmeyinıy adasında rus ordusuna təslim
olmaq istəməyən 13 srəhədçisi həlak olub.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Daxili İşlər
Nazirinin müşaviri Anton Qeraşenko “Facebook”da bildirib.

Onun sözlərinə gorə, Rusiya donanmasına məxsus gəmi qarnizona
təslim olmağı təklif edib. Lakin imtina cavabından sonra adaya
raket-artilleriya zərbələri endirilib. Nəticədə 13 ukraynalı
sərhədçi həlak olub.