ABŞ Rusiyaya qarşı sanksiyalardan bir sıra məhsulların tədarükünü ixtisar edib

ABŞ Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları, dərman
vasitələri və tibbi avadanlıqların tədarükünə görə Rusiyaya qarşı
tətbiq edilən sanksiyalara istisnalar tətbiq edib.

Trend TASS-a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin
Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyalar siyahısından kənd
təsərrüfatı məhsullarının, COVID-19-un diaqnostikası və müalicəsi
üçün istifadə olunan dərman vasitələrinin, tibbi avadanlıqların,
onlar üçün proqram təminatının ixracı və təkrar ixracını
çıxarıb.


Maliyyə Nazirliyi, həmçinin Rusiya Federasiyasının üzərindən
uçuşlar və ABŞ təyyarələrinin Rusiya Federasiyasında təcili enişi
ilə əlaqədar göstərilən xidmətləri sanksiya siyahısından
çıxarıb.