Ukrayna-Polşa-Böyük Britaniya üçtərəfli alyansı yaradılıb

Ukrayna, Polşa və Böyük Britaniya üçtərəfli Alyans yaradıb.

AzerTimes xəbər verir
ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə keçirdiyi
birgə brifinqdə məlumat verib.

“Biz Ukrayna, Böyük Britaniya və Polşa tərəfindən yeni üçtərəfli
əməkdaşlıq formatının yaradılmasını elan etməkdən şərəf duyuruq. Bu
üçtərəfli Ukrayna-Polşa-Britaniya alyansının yaradılmasını elan
edirik”, – deyə D.Kuleba bildirib.

Xatırladaq ki, bu ilin yanvarında Böyük Britaniya Ukrayna və
Polşa ilə üçtərəfli alyansın yaradılmasını təklif etmişdi.