Narkotikin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin
əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ 21099”
markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona
“saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra
sürücü, R.İsazadənin narkotik vasitə qəbul etməsinə dair şübhələr
yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin
edilib. Müayinənin nəticəsinə əsasən R.İsazadənin narkotik
vasitədən istifadə etdiyi məlum olub. Onun barəsində toplanmış
materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə
göndərilib.

Həmçinin, Hacıqabul rayonu ərazisində hərəkətdə olan “VAZ-2107”
markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona
“saxla” işarəsi verilib.


Bu zaman sürücü E.Ovçuyevin hərəkətləri şübhə doğurduğundan o
polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi
təmin edilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik
vasitədən istifadə etdiyi məlum olub. E.Ovçuyevin barəsində
toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon
məhkəməsinə göndərilib.

Teqlər: