Ukrayna parlamenti Türkiyə ilə hərbi razılaşmanı təsdiq edib

Ukrayna Ali Radası Ukrayna və Türkiyə hökumətləri arasında hərbi əməkdaşlıq haqqında çərçivə sazişini təsdiq edib.

AzerTimes-ın məlumatına görə, sənəd parlamentin ötən gün keçirilən iclasında təsdiqlənib. Sənədin təsdiqlənməsini 450 deputatdan 303-ü dəstəkləyib.

Qeyd edək ki, razılaşma Ukrayna Prezidenti Volodimir Zelenskinin 2020-ci ilin oktyabrında Türkiyəyə rəsmi səfəri zamanı əldə edilib.

Sənəd Ukrayna və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafını, o cümlədən şəxsi heyət, material, texnika, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.