Ankarada yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub.


Bildirilir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Teqlər: