Ukrayna ordusu türk meydanında Putinə qalib gəldi

Ukrayna ordusu türk meydanında Putinə qalib gəldi

“Fənərbaxça” azarkeşləri qalibin yanında olsunlar.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko “Dinamo Kiyev”lə oyun zamanı “Vladimir Putin” şüarı səsləndirən “Fənərbaxça” klubunun azarkeşləri ilə bağlı açıqlamasında deyib.

“Çempionlar Liqasının oyunu zamanı “Fənərbaxça” azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin, “Dinamo” azarleşləri isə Ukrayna Silahlı Qüvvələrinin adını səsləndirirdilər. Ukrayna ordusu türk meydanında Putinə 2:1 hesabı ilə qalib gəldi. Türkiyəli azarkeşlərə məsləhətim odur ki, qalibin yanında olmaq lazımdır”, – Nikolenko bildirib.

Teqlər: