ABŞ Marsa iki mini helikopter göndərəcək

ABŞ Marsa iki mini helikopter göndərəcək

Birləşmiş Ştatlar Mars süxurlarını və torpaq nümunələrini Yerə çatdırmaq üçün iki mini helikopter göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti məlumat yayıb.

“İki mini helikopterin buraxılması 2027-ci ilin payızına və 2028-ci ilin yayına planlaşdırılıb. Onların Marsdan daş və torpaq nümunələrini 2033-cü ildə Yerə gələn xüsusi raketə yükləmələri gözlənilir. Helikopterlərin çəkisi 4 funt (1,8 kq) olacaq. Onlar xüsusi təkərlər və tutma rıçaqları ilə təchiz olunacaqlar”, – NASA bildirib.

Qeyd edək ki, NASA-nın 2021-ci ilin fevralında uğurla eniş edən “Perseverans” roveri hazırda Qırmızı Planetin səthində tədqiqatlar aparır.

Teqlər: