Ukrayna ordusu cəbhədə tədricən dağılacaq – NYT

Ukrayna ordusu cəbhədə tədricən dağılacaq – NYT

Qərbdə hesab edirlər ki, ABŞ-ın köməyi olmadan bu il Ukrayna qoşunları tədricən döyüş meydanında məhv olacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri yeni təchizat olmadan yalnız gələn aya qədər davam gətirə biləcək:

“ABŞ-ın təcili ehtiyac duyulan yardımı hələ də şübhə altındadır. Ukrayna qoşunları tükənib, silah və sursat çatışmır. ABŞ-ın köməyi olmadan bu il Ukrayna ordusu cəbhədə tədricən dağılacaq”.

Ekspertlər və Qərb rəsmiləri hesab edirlər ki, mart ayına qədər Ukrayna qoşunları hətta lokal əks-hücum əməliyyatlarını həyata keçirməkdə çətinlik çəkə bilər.

Nəşr əlavə edib ki, ABŞ-ın yeni yardımı olmadan Kiyevin öz mövqeyini necə qoruyub saxlaya biləcəyini təsəvvür etmək çətindir.

Teqlər: