Qallant Pentaqon rəhbərinə İranın yardımından danışdı

Qallant Pentaqon rəhbərinə İranın yardımından danışdı

İsrail müdafiə naziri Yoav Qallantla Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

AzerTimes xəəbr veri ki, bu barədə “Tudei in İsrail” məlumat yayıb.

“Həmsöhbətlər İranın təhdidlərinə və regional təcavüzə qarşı mübarizədə ABŞ rəhbərliyinin əhəmiyyətini, həmçinin Qəzza zolağında İsrailin HƏMAS ilə davam edən müharibəsindəki vəziyyəti müzakirə ediblər”, – məlumatda vurğulanıb.

Bundan əlavə, Qallant Ostinə Qəzza zolağının cənubunda davam edən əməliyyatın təfərrüatı, eləcə də girovların saxlanıldığı tunellər, silah anbarları, İranın birbaşa HƏMAS-a yardımı barədə məlumat verib.

Teqlər: