Ukraynanın Mariupol şəhərindən açılan humanitar dəhliz
vasitəsilə 200 mindən çox sakin, Volnovaxadan isə 15 min sakin
təxliyə olunacaq.
Trend-in
məlumatına görə, bunu Ukrayna baş nazirinin müavini, nəzarətdə
olmayan ərazilərin reinteqrasiyası məsələləri naziri İrina
Vereşşukl deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyi
adıçəkilən ərazilərdən sakinlərin çıxaırlması üçün humanitar
dəhlizin açılacağını bildirmişdi. Hazırda təxliyə prosesinin davam
etdiyi deyilir.
Rusiya tərəfi, həmçinin Ukraynada sükut rejiminin elan
olunduğunu bildirmişdi.