Dünya Yaş Qrupları Yarışlarında iştirak bizim üçün böyük təcrübədir – ABŞ idmançıları

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında
iştirak bizim üçün böyük təcrübədir.

Bunu Trend
amerikalı gimnastlar Uillou Noubl və Sidni Padios deyib.

“Hesab edirik ki, birinci təsnifatda yaxşı nəticə göstərdik.
Çıxışımızdan razı qaldıq, bu cür iri yarışda iştirak etmək bizim
üçün böyük təcrübə, gücümüzü yoxlamaq imkanıdır. Bakıda yarışların
təşkili çox yaxşıdır, idmançılar üçün vacib olan bütün amillər
diqqətə alınıb. ABŞ komandası hər şeydən razıdır. Bizim hədəfimiz
finala çıxmaq və orada uğurlu çıxış etməkdir”, – deyə gimnastlar
bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: