Ukrayna ilə ABŞ arasında kritik telefon danışığı

Ukrayna ilə ABŞ arasında kritik telefon danışığı

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Zalujnı və Milli cəbhədəki vəziyyəti və Rusiyanın iri raket zərbələri nəticəsində yaranan təhlükəsizlik riskləri ilə bağlı müzakirələr aparıblar.

Bundan əlavə, Ukraynaya silah tədarükü gündəmdə olub.

Teqlər: