İranda Çinin baş konsulluğu açılacaq

İranda Çinin baş konsulluğu açılacaq

Yaxın vaxtlarda İranın Bəndər Abbas şəhərində Çinin baş konsulluğu açılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin baş qubernatorunun müavini Ehsan Kamrani bildirib.

Kamraninin sözlərinə görə, Bəndər Abbasda Çinin baş konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib.

Əyalət qubernatoru İranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib: “İran və Çin iqtisadi və ticarət əməkdaşlığını daha da genişləndirmək niyyətindədir”.

Teqlər: