Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək – Zelenski

Etiraf etməliyik ki, Ukrayna heç vaxt NATO-ya qoşula
bilməyəcək.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski
Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşündə
deyib.

Zelenksi görüşdə bir daha NATO-nu Ukraynanın hava məkanını
bağlamağa çağırıb. O vurğulayıb ki, Kiyev bunun mümkün
nəticələrindən xəbərdardır.